Dünya futbolu
"Bursaspor" nigeriyalı transferini rəsmən açıqladı
Türkiyənin “Bursaspor” klubu növbəti transferi…
Türkiyənin “Bursaspor” klubu növbəti transferini rəsmiləşdirib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi "Portu"da forma geyinən yarımmüdafiəçi Mikel Ndubusi Aqunu heyətinə qatıb. Bu barədə Bursa klubunun rəsmi saytı məlumat yayıb. Nigeriyalı futbolçu qarşıdakı mövsümü "Bursaspor"da icarə əsasında çıxış edəcək. Bursaya gələn Aqu tibbi müayinədən keçdikdən sonra bu gün rəsmi müqaviləyə imza atıb.
24 yaşlı futbolçu “Portu”nun yetirməsidi. O, 2015/16 mövsümünü "Brügge"də, geridə qalan mövsümü isə "Vitoriya Setubal"da keçirib.
Qeyd edək ki, "Bursaspor"da Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmaz və U-21 millimizin üzvü Ozan Can Kökcü də çıxış edir.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…