Ölkə futbolu
Rauf Əliyev Albaniya klubunda
"İnter"lə yollarını ayıran Azərbaycan yığmasının h…
"İnter"lə yollarını ayıran Azərbaycan yığmasının hücumçusu Rauf Əliyev karyerasını ölkə xaricində davam etdirəcək.
Futbolinfo.az xəbər verir ki, millimizin forvardı Albaniyanın "Kukesi" klubuna keçib. Bu barədə məlumatı Albaniya mətbuatı yayıb. Xəbərdə millimizin hücumçusunun “Kukesi”ylə razılığa gəldiyi, avqustun 11-də bu klubun düşərgəsinə qatılacağı qeyd edilib.
Xatırladaq ki, 28 yaşlı futbolçu bir müddət öncə ölkə mətbuatına açıqlamasında “İnter”dən ayrıla biləcəyini bildirmişdi.
“Kukesi” son Albaniya çempionudu. Kukesi şəhərinin təmsilçisi Çempionlar Liqasının cari mövsümündə 2-ci təsnifat mərhələsində “Şerif”ə uduzaraq, mübarizəni dayandırıb (2:1, 0:1).
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO