Ölkə futbolu
Mövsüm başladı: "Neftçi" "Qarabağ"la yenə bacarmadı
Bu gün Topaz Premyer Liqasında 2017/18 mövsümünə…
Futbolinfo.az xəbər verir ki, mövsümün və turun açılış günündə bir görüş baş tutub. Son çempion "Qarabağ" səfərdə "Neftçi" ilə üz-üzə gəlib.
Dörd qolun vurulduğu oyunda qələbəni Ağdam klubu bayram edib. "Neftçi" darmadağından son dəqiqələrdə vurulan avtoqol sayəsində xilas olub.
Qeyd edək ki, turun digər oyunları avqustun 12-13-də keçiriləcək.
Topaz Premyer Liqası
1-ci tur
11 avqust (cümə)
“Neftçi” – “Qarabağ” – 1:3
Qol: M.Mədətov, 14; 40. D.Ndlovu, 62. R.Əmirquliyev, 90-öz qapısına.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov.
“Bakcell Arena”.
“Neftçi”: 1. Səlahət Ağayev, 6. Pavel Dreksa, 25. Kiril Petrov, 15. Ruslan Abışov (k), 27. Məqsəd İsayev, 23. Tərzin Cahangirov, 10. Derlis Meza Kolli, 21. Məhəmməd Mirzəbəyov, 7. Namiq Ələsgərov, 97. Elnur Cəfərov, 9. Uqo Barqas.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 53. Maksim Vaylo, 11. İqnasio Herrera, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 12. Daniel Seqovia, 22. Mirabdulla Abbasov, 4. Rahil Məmmədov, 3. Mateo Mujek, 26. Ömər Buludov, 5. Anton Krivotsyuk.
Baş məşqçi: Elxan Abdullayev.
“Qarabağ”: 1. Anton Kanibolotski, 2. Qara Qarayev (k), 7. Rahid Əmirquliyev, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 3. Turan Manafov, 5. Maksim Medvedev, 21. Arif Daşdəmirov, 23. Elgün Uluxanov, 32. Elvin Yunuszadə, 39. Zaur Fərzəliyev, 88. Elşən Abdullayev, 99. Dani Kintana.
Baş məşqçi: Qurban Qurbanov.
Turun digər oyunları: 12 avqust (20:00. “İnter” – “Qəbələ”). 13 avqust (19:00. “Zirə” – “Səbail”, 21:00. “Sumqayıt” – “Kəpəz”).
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq