Ölkə futbolu
İlk turda FIFA referiləri iş başında
Azərbaycan Premyer Liqasının ilk turunun təyinatları açıq…
Azərbaycan Premyer Liqasının ilk turunun təyinatları açıqlanıb. Futbolinfo.az xəbər verir ki, sabah start götürəcək turun ilk matçı FIFA hakiminə tapşırılıb.
“Neftçi” – “Qarabağ” görüşünü Əliyar Ağayev idarə edəcək. Digər FİFA hakimləri Ömər Paşayevlə Rəhim Həsənov da ilk turda təyinat alıb.
Qeyd edək ki, üç gün davam edəcək turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.
Topaz Premyer Liqası
I tur
11 avqust (cümə)
21:00. “Neftçi” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Hakim-inspektor: Məlik Həsənov.
8-ci km qəsəbə stadionu.
12 avqust (şənbə)
20:00. “İnter” – “Qəbələ”
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mehman Mahmudov, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Asim Xudiyev.
“İnter Arena”.
13 avqust (bazar)
19:00. “Zirə” – “Səbail”
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Nahid Əliyev, Ramil Diniyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Rövşən Əhmədov.
Zirə İdman Kompleksinin stadionu.
21:00. “Sumqayıt” – “Kəpəz”
Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Rahil Ramazanov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Sumqayıt. Şəhər stadionu.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…