Premyer-liqa
Mövsümün ilk avtoqolunun da müəllifi bəllidi
Futbol üzrə Azərbaycan Premyer Liqasının 2017/18 mövs&uu…
Futbol üzrə Azərbaycan Premyer Liqasının 2017/18 mövsümü "Neftçi" – "Qarabağ" matçı ilə start götürdü.
Futbolinfo.az xəbər verir ki, dörd qolun vurulduğu qarşılaşmanın sonunda qələbəni qonaqlar bayram etdilər. Mövsümün açılış matçında ilk qol, ilk dubl, ilk sarı vərəqə ilə yanaşı, ilk avtoqol da qeydə alındı. Qarşılaşmanın sonuncu dəqiqəsində Ağdam klubunun yarımmüdafiəçisi Rahid Əmirquliyev topu öz qapısına göndərməklə komandasının darmadağınla qalib gəlməsinə imkan vermədi. Bununla da o, 2017/18 mövsümünün ilk avtoqolunun müəllifi kimi tarixə düşüb.