Ölkə futbolu
“Bakcell Arena”da biabırçılıq: yenə “Neftçi” imzası ilə
“Neftçi” mövsümə hazır deyil. Bu, təkc…
“Neftçi” mövsümə hazır deyil. Bu, təkcə əsas komandanın hazırlığa ilə bağlı məsələ sayılmamalıdı – bakılılar klub olaraq da hələ çox şey öyrənməlidi.
Yeni mövsümün “Qarabağ”la açılış matçı öncəsi paytaxt klubu bəzi yeniliklər etməyə qərar vermişdi. Bunlardan biri də azarkeşlərə hədiyyə verilməsi ilə bağlıydı. Oyundan öncə elan olundu ki, futbolçular tribunalara top atacaq və onları tutanlar penalti vuraraq “Lenovo”dan hədiyyələr əldə edəcək.
“Qarabağ” ilk hissədə rəqibini necə məyus etdisə, klub nümayəndələri başını itirdi. Elə bu səbəbdən fasilədə meydanda qarışıqlıq yarandı. Azarkeşlərlə bağlı vədi yerinə yetirmək üçün isə bakılıların ikinci qapıçısı Rəşad Əzizli seçildi. Onun topa ilk zərbəsi reklam lövhəsindən qayıtdı, ikincisində isə top stadionun damında qaldı. Azarkeşlərə tərəf vurulmalı olan üçüncü zərbə… olmadı.
Nə qədər maraqlı olsa da, “Neftçi” futbolçuları fanatlara göndərməyə top tapa bilmədilər və hədiyyə ilə bağlı vəd də beləcə unuduldu.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…