Dünya futbolu
“Kopenhagen”də ciddi itki
Danimarkanın “Kopenhagen” klubu UEFA Çempionlar Li…
Danimarkanın “Kopenhagen” klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”a qarşı ilk oyun öncəsi ciddi itki ilə üzləşib. Futbolinfo.az klubun saytına istinadla xəbər verir ki, komandanın mərkəz müdafiəçisi Erik Yohansson dünən ölkə çempionatında “Horsens”lə matçda (1:1) zədə alıb.
Bu gün tibbi müayinədən keçən futbolçunun zədəsinin ciddi olduğu müəyyənləşib. 28 yaşlı isveçli futbolçunun 2017-ci ildə “Qarabağ”la oyunlar da daxil olmaqla, bir daha komandasına kömək edə bilməyəcəyi qeyd edilib.
Xatırladaq ki, "Qarabağ"la "Kopenhagen" arasında ilk oyun avqustun 15-də Bakıda, cavab matçı avqustun 23-ü Danimarkada keçiriləcək.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə