Ölkə futbolu
"Qarabağ"ın ÇL oyunu Talyaventoya tapşırıldı
Azərbaycan çempionu "Qarabağ"ın UEFA Çempio…
Azərbaycan çempionu "Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Danimarkanın "Kopenhagen" klubu ilk oyununa təyinatlar açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçı Paolo Talyaventonun başçılıq etdiyi italiyalı hakimlər briqadası idarə edəcək.
45 yaşlı məşhur FİFA referisinə Alessandro Calyatini və Alessandro Kostantso yan xətt, Massimiliano İrrati və Antonio Damato əlavə köməkçi, Filippo Meli isə dördüncü hakim qismində kömək edəcəklər.
Hakim-inspektor avstriyalı Frits Stuxlik, UEFA nümayəndəsi bolqarıstanlı Andrey Medintsev olacaq.
"Qarabağ"la "Kopenhagen" arasındakı ilk oyun avqustun 15-də keçiriləcək və saat 20:00-da start götürəcək.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə