Ölkə futbolu
"Vətən" Arif Əsədovla gəlir
Azərbaycan Birinci Divizionunda yeni klub çıxış edəcək.
…
Azərbaycan Birinci Divizionunda yeni klub çıxış edəcək.
Futbolinfo.az xəbər verir ki, söhbət “Vətən” klubundan gedir. Komanda ev oyunlarını harada keçirəcəyini dəqiqləşdirməsə də, digər çox vacib məqamlar artıq bəllidi.
Belə ki, ən əsası klubun etibarlı maliyyə dayaqları var. Bizdə olan məlumata görə, “Vətən”ə təhsil Nazirliyi sponsorluq edəcək. “Vətən”də futbola yanaşma, maaşlar və digər ümumi məsələlər üst səviyyədə qurulacaq. Təsadüfi deyil ki, “Vətən” baş məşqçi postuna Azərbaycan futbolunun tanınmış siması Arif Əsədov rəhbərlik edəcək. Ona uzun müddət yanında çalışmış Elmir Xankişiyev kömək edəcək.
Qeyd edək ki, Arif Əsədov “Neftçi”nin əsas və əvəzedici heyəti ilə Azərbaycan çempionu olub. O, müxtəlif yaş qrupları üzrə milli komandalarımızda baş məşqçi kimi çalışıb. Futbol11
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə