Bizi izləyin

Ölkə futbolu

“Sumqayıt”a yaraşan qələbə, yaraşmayan diqqət(sizlik)

Sumqayıtda gözəl futbol havası var idi. Gecə vaxtı Xəzərin…

blank
Sumqayıtda gözəl futbol havası var idi. Gecə vaxtı Xəzərin sahilində, sərin havada baxımlı futbol izləmək zövq verirdi. Düzdü, televiziya maraqları üzündən çox gec başlayan oyun səhər işə gedəcək insanlar üçün əlverişli deyildi. Bəndəniz stadionda işini qirtarıb, Bakıya – evə çatanda saat 01.29-u göstərirdi. Amma gözəl futbol naminə bu əziyyətə qatlaşmağa dəyərdi.
 
Yenilənmiş və güclənmiş “Sumqayıt”ın heyətini büsbütün dəyişən “Kəpəz”lə qarşılaşmasını izləmək üçün Gəncədən də xeyli azarkeş gəlmişdi. Lakin “Kapital Arena”nın tam dolmasının səbəbi 50-60 nəfərlik qonaq azarkeşlər deyildi, şəhər futbolsevərləri hətta piləkənlərdə də boş yer qoymamışdı. 1300 nəfərlik (bəzi mənbələrdə 1500 göstərilir) tutumu olan arenada bilet satışı təşkil olunmur. Elə bu səbəbdən AFFA nümayəndəsi Elbrus Abbasovun protokolda dəqiq qeyd etdiyi 1326 nəfərlik azarkeş sayını necə müəyyən etdiyi müəmmadı.
 
Təbii ki, Abbasov tamaşaçıları bir-bir saymamışdı, lakin o, 3000 rəqəmini qeyd etsəydi, buna görə də onu qınamazdım. Çünki matçı hasar arxasından tribunadakından çox adam seyr edirdi. Bu şəhərə böyük stadion lazımdı və komandanın qələbələri sıralayacağı təqdirdə azarkeşlərin yerləşdirilməsinin necə tənzimlənəcəyi çox maraqlıdı. Hətta bu baxımdan ciddi problem də yarana bilər. Bəlkə də bilet satışını təşkil etməklə anşlaqın qarşısını süni şəkildə almaq olar.
 
Ən maraqlısı odur ki, 15-20 metr kənarda 15 min tutumu olan Mehdi Hüseynzadə adına stadion var. Lakin icra hakimiyyətinin balansında olan bu arena illərdi təmir yolunu gözləyir. Son 4 ayda hər həftə burada planlaşdırılma aparılır, lakin işlərə start verilmir ki, verilmir. Buzun əriməsi üçün “Sumqayıt”ın uğurlu çıxışı da həlledici rol oynaya bilər. Bu baxımdan ilk addım isə dünən atıldı.
 
Vüqar Bəybalayevlə Tural Axundovun Sumqayıta, Sergey Çernışevlə Kamran Abdullazadənin Gəncəyə köçməsi heç nəyi dəyişməmişdi. Komandalar arasındakı yerdəyişmələr bəlkə də daha təcrübəli oyunçularla güclənən “Sumqayıt”ın xeyrinə işləyib. Amma birindən digərinə keçən bu oyunçulardan heç biri matçda möhürqoyan olmadı.
 
Hesabın açıldığı epizodda mübahisəli vəziyyət yaranmışdı. Cavid İmamverdiyev qol vurarkən ayağını təhlükəli qaldırmışdı, amma hakimlər qolu qeydə aldı. Ümumiyyətlə, ədalət təmsilçiləri daha bir neçə epizodda şübhəli qərarlar verdi. Novruz Məmmədov ilk yarıda əllə oynayarkən sarı vərəqə belə görmədi, halbuki həmin epizodda o, təhlükəli hücumun qarşısını almışdı. Matçın sonlarında isə yenə Novruz cərimə meydançasında topa zərbə endirən Cavidi itələyib növbəti qola bilavasitə əngəl oldu. Qonaqlar da bir neçə epizoddan şikayətlənə bilər.
 
Fasiləyə kimi meydan sahibləri bir neçə oyuna yetəcək qədər təhlükəli vəziyyət yaratdı, dirəyi silkələdi, real şansları sağa-sola xərclədi. Onların yarısının reallaşdırılması böyükhesablı nəticəyə gətirib çıxaracaqdı. Amma gəncəlilərin bəxti gətirdi, üstəlik, fasilədə Şahin Diniyev futbolçularına nə dedisə, ikinci yarıda fərqli “Kəpəz” gördük. Pressinq edən, daha cəsarətli oynayan qonaqlar hesabı da bərabərləşdirə bildi. “Sumqayıt”ın mərkəz müdafiəçilərinin anlaşmazlığından sonra Viktor Oseqeyl topu tor göndərdi.
 
Lakin layiqli nəticə meydan sahiblərinin qələbəsi olmalıydı. Və onlar 3 xalı gətirən topu sona yaxın vurdular. Novruz Məmmədovun zədələnib oyundan çıxmasından sonra Şəhriyar Əliyev məcburiyyətdən sağ cinaha şəkildi, müdafiənin mərkəzində oyun qurğusunun pozulması isə qolla nəticələndi. Amil Yunanov Dedimar Fereyra ilə hava mübarizəsindən qalib ayrılıb, oyunda son nöqtəni qoydu.
 
“Sumqayıt” haqda ilkin təəssüratlar yalnız xoş sözlərdən ibarətdi. Komanda təcrübəli oyunçularla gənclərin vəhdətindən qurulub və Samir Abasov işlək mexanizm yarada bilib. “Kimyaçılar” sürətli, rəngarəng kombinasiyalı futbol oynayır. Lakin qol vuruşlarındakı qeyri-dəqiqlik komandanı çox pis vəziyyətdə qoya bilər. Mövsümə hazır olmadığı aşkar görünən “Kəpəz”lə oyunda qələbə çətinliklə təmin edildisə, daha diri komandalarla görüşdə bu əskiklik problem yaradacaq.
 
Qonaqlarda problem daha çoxdu. Yeni legionerlər pis deyil, amma onlar hələ ki, oyun sisteminə tam öyrəşməyib. Daha hərəkətli olan Viktor Oseqeyl kimi Samba Dialo da fərdi keyfiyyətləri ilə seçilir. Dedimar Fereyranın 2-ci qoldakı səhvi isə daha çox fiziki hazırlıqsızlığın nəticəsidi. Zədə üzündən son həftəni məşq etməyən braziliyalı toparlanandan sonra daha faydalı olacaq.
 
Gəncəlilərin əsas problemi yerli oyunçularla bağlıdı. Onların yetərsizliyi aşkar görünür. Yeni transferlərdən olan İlkin Sadıqov hələ də divizionda oynadığı futboldan uzaqlaşa bilməyib. Əla fiziki göstəriciləri olsa da, qəlibə düşməsi üçün çox vaxta ehtiyac duyulacaq. Diniyevin hələ ilk yarıda əvəz etmək istədiyi bu oyunçu yalnız yaş limitinə görə meydanda qaldı. Halbuki real yaşı 25 olan (yaşını 5 il saxtalaşdırdığı deyilir – red.) bu futbolçu uzağı yarım saat normal oynamaq gücündədi. İstənilən halda, komanda mövsümə hazır deyil və daha bir neçə tur “Kəpəz” haqda yaxşı sözlər söyləyə bilməyəcəyik.
 
“Sumqayıt” çətinliklə də olsa qələbə qazandı. Bu dəqiqdi ki, bu şəhərə səfər istənilən komanda üçün çətin keçəcək. Amma klub rəhbərliyinin bir az tərpənməsi lazımdı. İcra hakimiyətini digər stadionun təmirinə tələsdirmək və həvəsləndirmək vacibdi. Yoxsa komandanı qələbəyə səsləmək əvəzinə hasar arxasında boynubükük dayanan azarkeşləri hələ çox görəcəyik.
 
FƏRİD
Reklam

Reklam


blank
Premyer-liqa2024-05-11 16:06

“Araz-Naxçıvan” “Turan Tovuz”a qarşı – YENİLƏNİR

blank
Digər idman növləri2024-05-11 15:58

Azərbaycan cüdoçularından Avropa Kata turnirində bürünc medal

blank
Digər idman növləri2024-05-11 15:30

ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər

blank
Dünya futbolu2024-05-11 14:22

A Seriyasında aprel ayının ən yaxşıları açıqlandı

blank
Digər idman növləri2024-05-11 13:59

“Heydər Əliyev kuboku”nun qalibləri müəyyənləşdi

blank
Digər idman növləri2024-05-11 13:05

Avtorqaf istədi, Cokoviç xəsarət aldı

blank
Dünya futbolu2024-05-11 12:47

Rahil Məmmədovun komandası darmadağına üzüldü

blank
Digər idman növləri2024-05-11 12:31

Fransız sürücü Sennanın şərəfinə dəbilqə hazırlatdırdı

blank
Dünya futbolu2024-05-11 12:16

Ozan Can mövsümün son matçında qol vurdu

blank
Digər idman növləri2024-05-11 12:00

Son çempion ilk qələbəsini qazandı

blank
Ölkə futbolu2024-05-11 11:39

AFFA İcraiyyə Komitəsi yığışır: komanda sayının artırılması müzakirə olunacaq

blank
Digər idman növləri2024-05-11 11:29

Astanada daha 4 sınaq

blank
Digər idman növləri2024-05-11 11:12

Stadnikin son şansı

blank
Digər idman növləri2024-05-11 10:49

Növbəti yarımfinal görüşü baş tutacaq

blank
Dünya futbolu2024-05-11 10:00

Mbappe PSJ-dən ayrılacağını rəsmən açıqladı

blank
Digər idman növləri2024-05-11 09:30

“Biz fiziki cəhətdən daha güclü idik”

blank
Premyer-liqa2024-05-11 09:00

“Araz-Naxçıvan” “Turan Tovuz”a, “Zirə” “Qarabağ”a qarşı

blank
Digər idman növləri2024-05-11 08:00

Azərbaycan taekvondoçusu AÇ-də bürünc medal qazandı

blank
Dünya futbolu2024-05-11 01:33

“Jirona” qələbəni əldən verdi

blank
Dünya futbolu2024-05-11 01:24

“İnter”dən darmadağın

blank
Dünya futbolu2024-05-11 01:12

“Ştutqart”dan növbəti qələbə

blank
Dünya futbolu2024-05-11 01:04

“Nitsa”ya 1 qol bəs etdi

blank
Digər idman növləri2024-05-11 00:30

Azərbaycan cüdoçuları Avropa Kata turnirində iştirak edəcək

blank
Digər idman növləri2024-05-11 00:09

Bakıda keçirilən Dünya Kubokunda növbəti mükafatçılar bəlli oldu

blank
Digər idman növləri2024-05-10 23:42

Azərbaycan cüdoçusu “Böyük Dəbilqə”nin bürünc medalını qazandı

blank
Digər idman növləri2024-05-10 23:20

Stadnik üçün olimpiadaya lisenziya şansı davam edir

blank
Digər idman növləri2024-05-10 22:51

Azərbaycanın 4 təmsilçisi AÇ-nin finalına vəsiqə qazandı

blank
Digər idman növləri2024-05-10 22:36

“Sabah” Azərbaycan Basketbol Liqasında ilk finalçıdır

blank
Premyer-liqa2024-05-10 22:23

“Neftçi”dən darmadağın – VİDEO

blank
Ölkə futbolu2024-05-10 22:00

“İlk qoldan sonra “Neftçi”yə layiq tərzdə oynadıq”

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm