Ölkə futbolu
"Kopenhagen" Bakıya bu heyətlə gəlir
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çər&c…
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan Danimarkanın "Kopenhagen" klubunun Bakıya gətirəcəyi heyət açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, sözügedən kollektiv Bakıya 20 futbolçu gətirir. ÇL-in 3-cü təsnifat mərhələsi çərçivəsində Makedoniya “Vardar”ı ilə ilk oyunda qırmızı vərəqə alaraq cəzalı duruma düşən Yan Qrequş Bakıya gətirilməyəcək. Danimarka çempionatının 5-ci turunda “Horsens”lə görüşdə zədələnən Erik Yohansson da siyahıda yer almayıb.
Qeyd edək ki, bu gün saat 19:30-da Tofiq Bəhramov adına Respublika stadionunda "Kopenhagen"in mətbuat konfransı və açıq məşqi olacaq.
Qapıçılar: 1. Stefan Andersen, 25. Robin Olsen (İsveç), 41. Kim Kristensen;
Müdafiəçilər: 3. Pyer Benqtsson (İsveç), 15. Mikael Antonsson (İsveç), 18. Mads Rörslev, 20. Nikolay Boylesen, 22. Peter Ankersen, 27. Mixael Lüftner (Çexiya);
Yarımmüdafiəçilər: 6. Uilyam Kvist, 7. Benjamin Verbiç (Sloveniya), 8. Uroş Matiç (Serbiya), 14. Nikolay Tomsen, 17. Kasper Kusk, 24. Yussef Tutu, 32. Danni Amankva;
Hücumçular: 9. Federiko Santander (Paraqvay), 11. Andriya Pavloviç (Serbiya), 28. Pyeros Sotiryu (Kipr), 40. Karlo Holse.
Qeyd edək ki, avqustun 15-də Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Kopenhagen" matçı saat 20:00-da başlanacaq.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-09 13:53
“Azərbaycanda həm yaxşı pul qazandım, həm də hörmət”