Əvəzedicilər
Əvəzedicilərin yarışında ilk tura yekun vuruldu
Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan…
Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 1-ci tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, son oyun günündə iki görüş baş tutub. Dörd qolun vurulduğu “Sumqayıt” – “Kəpəz” matçında qalib müəyyənləşməyib. Beş qolluq “Zirə” – “Səbail” görüşündə isə qələbəni meydan sahibləri bayram ediblər.
Xatırladaq ki, əvvəlki günlərdə “Neftçi” “Qarabağ”a, “Qəbələ” “İnter”ə qalib gəlmişdi.
Əvəzedicilərin çempionatı
1-ci tur
14 avqust
“Sumqayıt” – “Kəpəz” 2:2
Qol: Tural Bayramlı, 32. Fərid Kərimzadə, 76 – Eltac Mirzəyev, 35. Əli Səmədov, 38.
“Zirə” – “Səbail” 3:2
Qol: Muxtar Əliyev, 14; 20. Müşfiq İlyasov, 69 – Raul Yaqubzadə, 8. Nazim Kərimli, 52.
13 avqust
“İnter” – “Qəbələ” 2:6
Qol: Oleq Hüseynov, 24-pen. Rafael Məhərrəmli, 56 – Roman Hüseynov, 10. Fərid Nəbiyev, 24. Ülvi İsgəndərov, 45. Sinan Akkoyun, 76-öz qapısına. Baxşəli Baxşəliyev, 90. Tural Məmmərzayev, 90+4.
12 avqust
“Neftçi” – “Qarabağ” 1:0
Qol: Fəhmin Muradbəyli, 29.