Dünya futbolu
Avropanın ən yaxşısı bu 3 qadın futbolçudan biri olacaq
UEFA 2016/17 mövsümündə Avropanın ən yaxşı qadın …
UEFA 2016/17 mövsümündə Avropanın ən yaxşı qadın futbolçusu adına namizədlərin adını açıqlayıb.
Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, qalib adı uğrunda 3 futbolçu mübarizə aparacaq. Bunlar danimarkalı Pernille Harder (“Linçepinq”, hazırda “Volfsburq”), almaniyalı Cenifer Marojan (“Olimpik”, Lion) və hollandiyalı Like Martensdi (“Rusenqord”, hazırda “Barselona”).
Qitə futbol qurumu qalibin adını avqustun 24-də Monakoda keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin püşkatması zamanı açıqlayacaq.
2015/16 mövsümündə Avropanın ən yaxşı qadın futbolçusu Ada Hegerberq (Norveç, "Olimpik", Lion) seçilib.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi