Dünya futbolu
Raul "Borussiya"da – FOTO
Almaniyanın "Borussiya" (Münhenqladbax) klubu növ…
Almaniyanın "Borussiya" (Münhenqladbax) klubu növbəti transferini gerçəkləşdirib.
Futbolinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisi sabiq hücumçusu – argentinalı Raul Bobadilyanı heyətinə cəlb edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 2013-cü ildən "Auqsburq"un uğurları üçün çalışan 30 yaşlı forvard köhnə-yeni klubu ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Raul 2009-2012-ci illər aralığında da Münhenqladbax təmsilçisinin uğurları üçün çalışıb.
İkili vətəndaşlığa malik Bobadilya Paraqvay yığmasında 10 oyun keçirib. Karyerasına Argentinanın "River Pleyt" klubunda başlayan hücumçu daha sonra "Konkordiya", "Qrashopper", "Aris", "Yanq Boys", "Bazel" və "Auqsburq" klublarında da forma geyinib.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq