Dünya futbolu
"Yuve" onun transferini rəsmən açıqladı
İtaliya çempionu "Yuventus" növbəti transferin…
İtaliya çempionu "Yuventus" növbəti transferini rəsmiləşdirib.
Futbolinfo.az xəbər verir ki, Turin təmsilçisi PSJ-nin yarımmüdafiəçisi Blez Matyuidini transfer edib. Bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb. 30 yaşlı futbolçu "Yuventus"la 3 illik müqavilə bağlayıb.
Turin klubu fransalı futbolçuya görə PSJ-yə 20 milyon avro təzminat ödəyib. İtaliya çempionu Matyuididən öncə Duqlas Kosta, Federiko Bernardeski, Voyçex Şesnı və Mattia de Şilyonu heyətinə qatmışdı.
Matyuidinin Fransa klubu ilə müqaviləsi 2018-ci ilin yayında başa çatacaqdı. Fransa yığmasında 50-dən çox oyun keçirmiş yarımmüdafiəçi peşəkar karyerasına 2004-cü ildə yetirməsi olduğu "Trua"da başlayıb. O, 2007-ci ildə bu klubdan "Sent-Etyen"ə transfer olunub. 2011-ci ildən etibarən isə PSJ-nin uğurları üçün çalışırdı.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi