Dünya futbolu
Super Liqa klubu qabonlu hücumçu transfer etdi
Türkiyənin "Konyaspor" klubu heyətinə daha bir futbo…
Türkiyənin "Konyaspor" klubu heyətinə daha bir futbolçu qatıb.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi qabonlu hücumçu Malik Evunanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, 24 yaşlı futbolçu Çinin "Tianjin Teda" klubundan icarəyə götürülüb. İcarə müddətinin sonunda isə Türkiyə təmsilçisi onun transfer hüququna da yiyələnəcək.
Evuna Qabon yığmasının üzvüdü. O, peşəkar karyerasına 2008-ci ildə ölkəsinin "Serkl Mberi Sportif" komandasında başlayıb. 2012/13 mövsümünü bu ölkənin digər təmsilçisi "Munana"da keçirən Malik 2013-cü ildə Mərakeşin "Vidad" klubuna transfer olunub. 2015/16 mövsümündə Misirin "Əl-Əhli" komandasının uğurları üçün çalışmış forvard 2016-cı ildən Çində oynayırdı.