Dünya futbolu
Dadaşov Bundesliqanın ilk turunda oynamadı
Almaniya Bundesliqasında 1-ci turun oyunları keçirilib.
Fu…
Almaniya Bundesliqasında 1-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Ayntraxt" da ilk matçına çıxıb. Sözügedən kollektiv səfərdə "Frayburq"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Renat mövsümün açılış turunda oynamayıb. Onun adı ümumiyyətlə bu görüşün iştirak ərizəsinə daxil edilməyib.
Xatırladaq ki, Dadaşov bir gün öncə Frankfurt təmsilçisini gənclərdən ibarət komandasının heyətində oyun keçirib və 2 qol vurub.