Dünya futbolu
"Real"la "Barselona" da yeni mövsümə qələbə ilə başladı – VİDEO
Futbol üzrə İspaniya çempionatında 2017/18 mövs&uu…
Futbol üzrə İspaniya çempionatında 2017/18 mövsümünə start verilib.
Futbolinfo.az xəbər verir ki, mövsümün ilk oyununda “Leqanes” “Alaves”i qəbul edib. Matç meydan sahiblərinin minimal hesablı qələbəsiylə nəticələnib.
Günün digər oyununda da eyni hesab qeydə alınıb. "Valensiya" "Las Palmas"ı evə xalsız yola salıb.
İkinci oyun günündə Madrid "Atletiko"su ilə "Sevilya"nın xal itkisi ilə üzləşməsi diqqətçəkən olub.
Son çempion “Real” bazar günü meydana çıxıb. “Kral klubu” “Deportivo”nun qonağı olub və darmadağına sevinib.
“Barselona” isə “Betis”i qəbul edib. Kataloniya təmsilçisi də mövsümə qələbə ilə başlayıb.
İspaniya La Liqası
1-ci tur
18 avqust
"Leqanes" – "Alaves" 1:0
Qol: Pires, 24.
"Valensiya" – "Las Palmas" 1:0
Qol: Zaza, 22.
19 avqust
"Selta" – "Real Sosyedad" 2:3
Qol: Qomes, 22; 50 – Oyarzabal, 33. Xuanmi, 80. Xose, 88-pen.
"Jirona" – "Atletiko" – 2:2
Qol: Stuani, 22; 25 – Korrea, 78. Ximenes, 85.
"Sevilya" – "Espanyol" 1:1
Qol: Lanqle, 26 – Baptistao, 35.
20 avqust
"Atletik" – "Xetafe" 0:0
"Barselona" – "Betis" 2:0
Qol: Toska, 36-öz qapısına. Serxio, 39.
"Deportivo" – "Real" 0:3
Qol: Beyl, 20. Kazemiro, 27. Kroos, 62.
21 avqust
22:15 Levante – Vilyarreal
00:00 Malaqa – Eybar
–
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…