Ölkə futbolu
“Rusdilli amöb dezinfeksiya olundu”
“Neftçi”nin sabiq mətbuat katibi Mehman Rəsulov s…
“Neftçi”nin sabiq mətbuat katibi Mehman Rəsulov sosial şəbəkədəki hesabında maraqlı status paylaşıb. O, işdən getməsində bilavasitə rolu olan klubun sabiq baş məşqçisi Elxan Abdullayevə söz atıb: "Neftçi"nin bütün əməkdaşlarını təbrik edirəm. Azarkeşə xuliqan, jurnalistə komandos deyən rusdilli amöb dezinfeksiya olundu”.
“Feysbuk” istifadəçisi olan “Neftçi” fanatları da olaya biganə deyil. Onlardan birinin suallı paylaşımı diqqət çəkir:
Elxan Abdullayev istefa verdi, sevindik. Suallar yaranır:
Sual 1. "Neftçi"ni bu günə qoyan təkcə Elxan idimi?
Sual 2. Elxan günahkar idisə, niyə istefaya göndərilmədi, özü getdi?
Sual 3. Elxanı qabağa verib onun kögəsində gizlənənlər nə vaxt istefa verəcək?
Sual 4. Yeni baş məqçini kim təyin edəcək – Elxanı təyin edənlər?