Ölkə futbolu
Kamran Quliyevin məhv etdiyi Sumqayıt futbolu
Hətta uşaq liqalarında da belə hesab qeydə alınmır. Amma əvəz…
Hətta uşaq liqalarında da belə hesab qeydə alınmır. Amma əvəzedicilərin çempionatında…
2-ci turun “Qəbələ” – “Sumqayıt” görüşündə ölkə futbolunda rekord sayıla biləcək nəticə qeydə alınıb. 10 qolun vurulduğu görüşdə meydan sahibləri rəqibini darmadağın edib.
1:9 – əslində, bir klub üçün fiasko sayıla biləcək nəticədi. “Sumqayıt”ın prezidenti Kamran Quliyevin bu nəticəyə görə utandığına əmin deyiləm, lakin sumqayıtlı azarkeşlər yəqin ki, çox üzgündü. Çünki qalib ciddi futbol ənənələrinin olmadığı, məğlub isə daim istedadlar yetişdirən şəhərin təmsilçisidi. Kamran Quliyev isə 10 il ərzində o qədər “parlaq” işləyib ki, indi Sumqayıtda uşaq futbolu məhv olmuş durumdadı.
“Qəbələ” əla akademiya yaradıb, bütün ölkə klublarına, elə həmin “Sumqayıt”a yetirmələrini icarəyə verir. Daim milli komandada 5-6 yetirməsi olan “Gənclik şəhəri” isə indi aciz durumdadı. Milliləşənlərin düşərgəsinə çevrilən komandada yerli istedadlara ögey münasibət var, bu isə nəticəsini dünənki matçda çılpaqlığı ilə göstərdi.
Təki Kamran Quliyev qazanmağa davam etsin, sumqayıtlı balaları futbol oynamasa da olar…