Ölkə futbolu
"Qarabağ" üçün qələbəsiz gündə daha bir ilk imkanı
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çər&c…
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Kopenhagen” (Danimarka) ilə “Qarabağ” arasında keçiriləcək cavab qarşılaşmasının baş tutacağı tarix Azərbaycan klubları üçün uğursuz gündü.
Futbolinfo.az "Apasport"a istinadla xəbər verir ki, avrokuboklar tarixində 4 dəfə təmsilçimiz avqustun 23-də meydana çıxıb. İndiyədək qalib gəlmədiyimiz gündəki 5-ci sınaqda ilki “Qarabağ” rəsmiləşdirməlidi.
1994-cü ildə avrokuboklar tarixindəki ilk ev oyunumuzda “Turan” evdə Türkiyə “Fənərbaxça”sına uduzub – 0:2.
2001-ci ildə isə 2 klubumuz eyni gündə meydana çıxıb. Paytaxt klubları Sloveniya təmsilçiləri ilə görüşüb. “Neftçi” “HİT-Qoritsa”ya səfərdə 0:1, “Şəfa” “Olimpiya”ya evdə 0:3 hesabı ilə uduzub.
2012-ci ildə isə “Neftçi” APOEL-i qəbul edib. Kiprlilərlə görüşdə qalib müəyyənləşməyib – 1:1.
Bir sözlə, avqustun 23-də 1 heç-heçə və 3 məğlubiyyəti olan klublarımız 1 qol vurub, 7-ni buraxıb.