Dünya futbolu
Super Liqa klubunun prezidenti istefa verdi
Türkiyənin "Konyaspor" klubunun prezidenti Ahmet Şan …
Türkiyənin "Konyaspor" klubunun prezidenti Ahmet Şan bu gün vəzifəsindən istefa verib.
Futbolinfo.az xəbər verir ki, bu qərarını o, klubun rəsmi saytı vasitəsilə yaydığı yazılı açıqlamada bəyan edib.
Qeyd edək ki, Ahmet Şan Fətullahçı Terror Təşkilatının (FETÖ) “ByLock” kömpüter proqramından istifadə etməkdə ittiham olunur. Bununla əlaqədar o, İstanbul Polis İdarəsinə gətirilib, evində və ofisində axtarış aparılıb. İfadəsi alınan klub rəsmisinin komputeri və mobil telefonu müsadirə olunub. Lakin Cümhuriyyət Məhkəməsində ifadəsi alındıqdan sonra Şan sərbəst buraxılıb.
Buna baxmayaraq, klub rəhbəri sözügedən hadisə ilə əlaqədar "Konyaspor"a xələl gəlməməsi üçün prezidentlikdən və idarə heyətinə üzvlükdən istefa verdiyini bəyan edib.