Ölkə futbolu
"Beşiktaş" Bakıya gəlir?
Türkiyənin "Beşiktaş" klubu Bakıya gələcək. …
Türkiyənin "Beşiktaş" klubu Bakıya gələcək.
Futbolinfo.az xəbər verir ki, belə bir iddianı yenə Türkiyə mətbuatı irəli sürüb. Bildirilir ki, səfər milli komandaların oyunları ilə əlaqədar veriləcək fasilə müddətində gerçəkləşəcək. "Qara qartallar"ın Azərbaycan komandalarından biri ilə yoldaşlıq görüşü keçirəcəyi qeyd olunur. Qarşılaşma milli komandaların oyunları ilə əlaqədar veriləcək fasilə müddətində nəzərdə tutulub. Yığmaların matçları 1 – 6 sentyabrda olacaq.
Qeyd edək ki, xəbərdə "Beşiktaş"ın Azərbaycanın hansı komandası ilə qarşılaşacağı göstərilmir. İki ay əvvəl klub prezidenti Fikrət Orman Asiya turu çərçivəsində Bakıya da səfər edəcəklərini açıqlamışdı. O vaxt "qara qartallar"ın Azərbaycan çempionu "Qarabağ"la üz-üzə gəlməsi gündəmdə idi.
Ötən həftə isə Türkiyə mətbuatı sentyabrın 2-də və ya 3-də "Qəbələ"nin "Qalatasaray"la yoldaşlıq görüşü keçirəcəyini yazmışdı. Lakin bu məlumatların nə dərəcədə gerçək olduğunu zaman göstərəcək.
- I Liqa2024-05-17 08:00
“Şamaxı”… Qayıdır axı…
- Premyer-liqa2024-05-17 22:21
“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
- Ölkə futbolu2024-05-17 11:12
Vaqner Silva: “Avropada “Qarabağ”dan qorxurlar”
- Müsahibə2024-05-16 14:00
“Niderlandda gördüklərimizi həm akademiyamızda, həm də əsas komandamızda tətbiq etməyə çalışacağıq”