Ölkə futbolu
Çempionlar Liqasında daha bir ilk gerçəkləşdi
UEFA Çempionlar Liqasında yeni rekord qeydə alınıb.
Futb…
UEFA Çempionlar Liqasında yeni rekord qeydə alınıb.
Futbolinfo.az xəbər verir ki, Qazaxıstanın “Astana” klubu ilə Şotlandiya “Seltik”i arasında baş tutan duel pley-off mərhələsinin tarixinə düşüb. Belə ki, indiyə qədər bu mərhələdə iki komandanın duelində qapılara ümumilikdə 12 qol vurulmamışdı. Amma sözügedən kollektivlərin iki oyununda bütövlükdə 12 qol qeydə alınıb. “Seltik” rəqibini ümumilikdə 8:4 (5:0, 3:4) hesabı ilə üstələyib.
Bu, Çempionlar Liqasının pley-off mərhələləri tarixində ən məhsuldar qarşılaşma kimi yadda qalıb.