Dünya futbolu
“Barselona” hakerlərin hücumu qarşısında aciz qaldı – FOTO
İspaniyanın “Barselona” klubunun "Facebook" v?…
İspaniyanın “Barselona” klubunun "Facebook" və “Tvitter”dəki rəsmi səhifəsi hakerlər tərəfindən ələ keçirilib.
Futbolinfo.az xəbər verir ki, səhifədə Fransanın PSJ klubunun argentinalı futbolçusu, vaxtilə Madrid "Real"ında oynamış Anxel Di Marianın transfer edildiyi barədə məlumat yayılıb. Onlar "Barselona"ya xoş gəldin, Anxel Di Maria" sözlərini qeyd etməklə Kataloniya təmsilçisinin milyonlarla fanatını təəccübləndiriblər. Lakin qısa zamandan sonra məlum olub ki, bu xəbər əsassızdı və məlumatı səhifədə hakerlər yerləşdirib.
Artıq "Barselona" da məsələ ilə bağlı rəsmi açıqlama yayıb. Xoşagəlməz sürprizi təsdiq edən Kataloniya təmsilçisi haker hücumunun "OurMine" adlı qrup tərəfindən edildiyini açıqlayıb: "Bu gecə sosial mediadakı hesablarımız hakerlər tərəfindən ələ keçirildi. Problemi ən qısa müddətdə aradan qaldırmağa çalışırıq".