Ölkə futbolu
Tarix yazan “Qarabağ” Bakıda qarşılandı
Ağdamın “Qarabağ” klubu vətənə dönüb. Futb…
Ağdamın “Qarabağ” klubu vətənə dönüb. Futbolinfo.az xəbər verir ki, Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Kopenhagen”lə Danimarkada görüşən Azərbaycan çempionu Bakıya qayıdıb.
Rəqib meydanında 1:2 hesabı ilə uduzmasına baxmayaraq, mərhələ keçən “Qarabağ” Heydər Əliyev Beynəlxalq Aeroportunda böyük coşqu ilə qarşılanıb.
Futbol ictimaiyyəti, KİV nümayəndələri, azarkeşlər qitənin ən nüfuzlu klub turnirinin qrupuna düşən ilk Azərbaycan klubunu qarşılayıb. “Qurban, Qurban” sədaları səsləndirən, futbol marşları ifa edən fanatlar tarix yazan komandanı sevinclə qarşılayıb.