Dünya futbolu
ÇL-də ötən mövsümün ən yaxşıları açıqlandı
UEFA Çempionlar Liqasında 2016/17 mövsümünü…
UEFA Çempionlar Liqasında 2016/17 mövsümünün mövqelər üzrə ən yaxşı oyunçuları müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, bu gün Monakoda baş tutan ÇL-in yeni mövsümünün püşkatma mərasimində həm də ötən mövsümün ən güclü qapıçısı, müdafiəçisi, yarımmüdafiəçisi və hücumçusunun adı açıqlanıb.
Ən yaxşı qapıçı nominasiyasında "Yuventus"un italiyalı qolkiperi Canluici Buffon qalib olub. Ən yaxşı müdafiəçi adına Madrid "Real"ının ispaniyalı kapitanı Serxio Ramos layiq görülüb. "Kral klubu"nun digər oyunçusu – xorvatiyalı Luka Modriç isə ötən mövsümün ən yaxşı yarımmüdafiəçisi seçilib.
Ən yaxşı hücumçu nominasiyasında da "Real"ın üzvü qalib olub. Belə ki, Kriştiano Ronaldo bütün rəqiblərini qabaqlayaraq, bu mükafata sahib çıxıb.