Dünya futbolu
Avropada mövsümün ən yaxşısı yenə Ronaldo seçildi
Avropanın 2016/17 mövsümünün ən yaxşı futbol&c…
Avropanın 2016/17 mövsümünün ən yaxşı futbolçusunun adı açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, bu gün Monakoda təşkil olunan UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində ötən mövsümün ən yaxşı futbolçusunun adı da elan olunub.
Bu, Madrid “Real”ının bombardiri Kriştiano Ronaldo oub. 32 yaşlı portuqaliyalı hücumçu “Barselona”da argentinalı həmkarı Lionel Messi və “Yuventus”un kapitanı, 39 yaşlı qapıçı Canluici Buffonla mübarizədən qalib ayrılaraq Avropada ötən mövsümün ən yaxşı futbolçusu seçilib.
Qeyd edək ki, Ronaldo karyerasında 3-cü dəfə bu mükafatı qazanır.