Bizi izləyin

Ölkə futbolu

“İnter”in azarkeş şousu

Elə bil Şimali Koreyada idik. Tribunalar dolu, anşlaq. Hamı d&ouml…

blank
Elə bil Şimali Koreyada idik. Tribunalar dolu, anşlaq. Hamı dövlət tədbirinə gəlib, amma heç kim nə üçün burada olduğunu bilmir. Qəribə mənzərə idi.
 
Bəlkə də ölkə başçısının “Qarabağ” klubunu qəbul edərkən dediyi “imkan daxilində oyunları izləyirəm” sözləri kiminsə ağlına batıb. Düşünüblər ki, “İnter”in oyunlarına da baxsa, stadion dolu olsun, camaatın asudə vaxtında istirahət etdiyi haqda fikir formalaşsın, xalqı düşünərək iş gördükləri mənzərəsi yaransın. Bəlkə də “İnter” adının “Keşlə”yə dəyişdirilməsinin klubun tamaşaçı sayına müsbət təsir göstərdiyi, bu addımın doğruluğu haqda fon yaratmaq istəyirdilər.
 
Amma maraqlıdı ki, “İnter” – “Səbail” oyununu 1000 nəfər azarkeşin izləməsi haqda protokol qeydi var. 1-ci və 4-cü tribunaların tam dolu olduğu, digər tribunarda xeyli adamın olduğu görüşü daha çox adam izləyirdi. 8152 nəfərlik “İnter Arena”ya minimum 3-4 min adam yığılmışdı. Deyəsən, AFFA nümayəndəsi özü də süni ajiotajdan utanaraq şablon rəqəm yazmışdı.
 
“İnter”in Müşahidə Şurasının sədri Zaur Axundov daha gözə dəymir, jurnalistlər özünə çıxmır. Rauf Əliyevlə bağlı məlum vədi verib, yalançı çıxandan sonra deyəsən, mətbuata görünməyə utanır. Yoxsa ondan bu süni ajiotajın da səbəbini soruşardıq.
 
AFFA-dan maliyyələşən klubların Bakı derbisində süni azarkeş bolluğu haqda dünən xəbər vermişdik. "İnter Arena"nın 1-ci və 4-cü sektorları sürpriz qonaqlarla dolmuşdu. Məcburi azarkeşlər meydan sahiblərinin rəhbərliyi tərəfindən gətirdilmişdi. "Keşlə" adlanacaq komandaya elə bu qəsəbənin sakinləri dəstək verirdi. Nizami rayonunun müxtəlif idarə və təşkilatlarının işçiləri davranışları ilə də bura təsadüfən düşdüklərini göstərirdilər.
 
AFFA və klub rəhbərliyinin Nizami rayon icra hakimiyyətinə tapırıq/müraciətindən sonra səfərbər olunan işçilər arenanın girişində siyahıya alınırdı və gəlməyənlər yəqin ki, işini itirmək məcburiyyətində qalacaqdı. Hətta hansı oyuna gəldiklərini bilməyən azarkeşlər 4-cü dəqiqədə “İnter” qol vurarkən nə edəcəklərini bilmədilər. Qolu “sevimli” komandalarının, yoxsa rəqibin vurduğunu anlamayan “fanatlar” sanki cizgi filminə baxırdı. Gecikib, onlar üçün ayrılan sektorda yer tapa bilməyən, media-sektora girməyə çalışan bir dayının reaksiyası da maraqlı idi: “Bizi göndəriblər, indi də yer vermirlər oturaq”.
 
İkinci hissədə “azarkeşlər” müəyyən qədər təlimatlandırılmışdı. Hətta hansısa idarənin mühafizə xidmətinin əməkdaşlarından ibarət qrup 3-4 dəqiqəlik “solo-proqram”la da çıxış etdi. Amma onlar da notları qarışdırdı – bəziləri “İnter”, bəziləri “Keşlə” qışqırmaqla. Bu xidmətləri isə qiymətləndirildi. Yəqin ki, növbəyə gecikdikləri üçün matçın bitiminə 20 dəqiqə qalmış onları sıraya düzüb stadiondan buraxdılar.
 
Gülməli mənzərə idi. Hətta azarkeşlərlə davranmağı da bacarmırdılar. Bunun nəticəsi idi ki, matçın sonlarında zorla gətirilən bu adamların 30-40 faizi yerlərini boş qoyaraq qaçmışdılar, tribunalar xeyli keçəlləşmişdi.
 
Əllərindəki siyahılardan, açar-möhür dəstindən gətirilən adamların işlədiyi idarələrin rəhbərləri olduğu sezilən 1-2 nəfər jurnalistlərlə yanaşı oturmuşdu. Onlar suallarımıza cavab vermir, susmağı üstün titrdular. Amma aralarındakı dialoq maraqlı idi.
 
İlk yarıda “Səbail”in qapıçısı Emil Balayevi “özlərinki” bilən və onun çıxışından narazı olan rəislər fasilədən sonra sevindi. Komandalar meydandakı yerlərini dəyişmişdi və bu dəfə onların gözü qarşısında Orxan Sadıqlı oynayırdı. Onlar qapıçının zəif oynadığı üçün əvəzləndiyini müzakirə etməyə başladılar və birdən… “yox e, o biri komandaya keçib” deyərkən artıq özümü saxlaya bilməyib ürəkdən güldüm.
 
Bu insanların idarəçiliyi budur. Həm də təkcə futbol klubunda yox…
 
Özünüzü niyə güldürürsüz, cənab Axundov? Guya tribunalar çörəkpulu ilə sınağa çəkilib, oyuna gətirilənlərin sayəsində doldurulanda nə oldu ki?
 
AĞA
 
P.S.: Dost saytlardan birinin (futbolpress.az) sosial şəbəkədə bu haqda paylaşımına yazılan rəy düşünməyə əsas verir: “Mən Keşlədə qalanam. Bizi məktəbdən aparırdı idman müəllimlərimiz. Təbii ki, idman müəllimimizin maddi marağı var idi”.
Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-13 08:17

“Hər oyun həlledicidir və səhv edə bilmərik”

blank
Dünya futbolu2024-04-13 08:00

“Qəbələ” “Turan Tovuz”a, “Neftçi” “Araz-Naxçıvan”a qarşı

blank
Dünya futbolu2024-04-13 01:31

“Betis” “Selta” üzərində qələbəyə sevindi

blank
Dünya futbolu2024-04-13 01:20

“Lans” səfərdən xalsız döndü

blank
Dünya futbolu2024-04-13 00:47

“Latsio”dan darmadağın

blank
Dünya futbolu2024-04-13 00:38

“Auqsburq”dan inamlı qələbə

blank
Dünya futbolu2024-04-13 00:29

“Sivasspor” “Trabzonspor”a səfərdə qalib gəldi

blank
Digər idman növləri2024-04-12 23:31

“Sabah” çempionatın vahid lideri oldu, “Sumqayıt” pley-off şansını itirdi

blank
Premyer-liqa2024-04-12 22:48

“Sarı vərəqələr məni də dilə gətirəcək” – Samir Abasov

blank
Premyer-liqa2024-04-12 22:21

“Sumqayıt”la “Zirə”nin oyunundan qol səsi çıxmadı – VİDEO

blank
Premyer-liqa2024-04-12 22:13

“Neftçi”ni də çalışdıra bilərəm, “Qarabağ”ı da…” – Rəşad Sadıqov

blank
Digər idman növləri2024-04-12 21:27

2 boksçumuz Avropa birinciliyində finalında

blank
Premyer-liqa2024-04-12 20:56

“Sumqayıt”la “Zirə”dən heç-heçə

blank
Digər idman növləri2024-04-12 20:08

Güləş Federasiyası italiyalı güləşçi Frank Çamizonun iddaları ilə bağlı bəyanat yaydı

blank
Ölkə futbolu2024-04-12 19:41

“Qurban Qurbanov futbolçularına ata kimidir”

blank
Digər idman növləri2024-04-12 19:20

Avroliqanın qalibinə ödəniləcək mükafat elan edildi

blank
Digər2024-04-12 19:00

Gəncə şəhəri 2025-ci ildə MDB-nin idman paytaxtı elan edildi

blank
Dünya futbolu2024-04-12 18:42

Xavi qərarını dəyişə bilər

blank
Digər idman növləri2024-04-12 18:21

Azərbaycan cüdoçuları üçün Berlin sınağı

blank
Milli komanda2024-04-12 18:00

Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı

blank
Digər idman növləri2024-04-12 17:40

Formula 1 pilotundan Şanxaya özəl dəbilqə

blank
Dünya futbolu2024-04-12 17:20

Avropa çempionatında VAR-ın müdaxiləsi minimuma endiriləcək

blank
Digər idman növləri2024-04-12 17:00

Formula 1 üzrə Azərbaycan qran-prisi bir həftə sonraya keçirildi

blank
Digər idman növləri2024-04-12 16:33

Azərbaycan cüdoçuları Avropa Kubokunda çıxış edəcəklər

blank
Dünya futbolu2024-04-12 16:00

Premyer Liqada martın ən yaxşıları bəlli oldu

blank
Dünya futbolu2024-04-12 15:06

“Fənərbaxça”da ciddi itki

blank
Dünya futbolu2024-04-12 14:31

“Bayern”də yeni müqavilə

blank
Milli komanda2024-04-12 14:02

“Belə matçlarda nəticə önəmli olmur”

blank
Milli komanda2024-04-12 13:33

“Komandanın fiziki hazırlığından razı deyiləm” – Borisov

blank
Milli komanda2024-04-12 13:04

Millimiz Olimpiya Təsnifat turnirinə qələbə ilə başladı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm