Ölkə futbolu
“Qarabağ” rəsmisi: "Bu, bütün türk dünyasının uğurudu"
UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazan…
UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla tarixi uğura imza atan"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Türkiyənin "Anadolu" agentliyinə açıqlama verib.
Futbolinfo.az xəbər verir ki, o, “Qarabağ”ın uğurlu çıxışının səbəblərindən danışıb:
"16 illik zəhmətimizin nəticəsində Çempionlar Liqasında ölkə bayrağımızı dalğalandırmaq möhtəşəm qürurdu. Hədəfimizi düzgün qoyduq. Aşağı yaş qrupları da daxil olmaqla, peşəkar klub yaratmağı hədəfləmişdik.
"Qarabağ"ın uğuru Qurban Qurbanovun hədəfi ilə bizim hədəfimizin üst-üstə düşməsi ilə başladı. Hədəflərimizi daha da böyüdə biləcəyimizi hiss etdik. Qurbanov yaxşı komanda yaratdı və bunun bəhrəsini görürük. İnşallah, uzun illər bu yolda uğurla davam edəcəyimizə inanıram.
İşğal altındakı torpaqların adının Avropada keçməsi, Azərbaycan torpaqlarının bütövlüyünün gündəmə gətirilməsi bizim üçün önəmli hədəf idi. Biz "Qarabağ"ın məsuliyyətini üzərimizə götürəndə bu düşüncə ilə hərəkət etdik".
Tahir Gözəl Türkiyədən də çoxlu təbrik mesajları aldığını deyib:
"Qarabağ"ın Türkiyədə nə qədər sevildiyini bilirik. Bu gün "Beşiktaş"la birgə Avropada mübarizə aparacağıq. Bu, möhtəşəm hisdi. Bu uğur bütün türk dünyasınındı. Türkiyə və Azərbaycanı sevənlərə böyük hədiyyədi”.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı