Milli komanda
Millimizin üzvü qovuldu, "Ayntraxt" darmadağın oldu
Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov Almani…
Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov Almaniyanın "Anytraxt" klubunun heyətində növbəti matçına çıxıb.
Futbolinfo.az xəbər verir ki, milimizin gənc futbolçusu Frankfurt təmsilçisinin Gənclər arasında təşkil olunan Bundesliqanın Cənub zonasında "Frayburq"la doğma meydanda baş tutan qarşılaşmasının iştirakçısı olub. 4-cü tur çərçivəsində keçirilən oyunda qapılara 5 qol vurulub. Futbolçumuzun komandası sonda meydandan məğlubiyyətlə ayrılıb – 1:4.
Dadaşov da bu oyunun iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçumuz 65-ci dəqiqədə qırmızı vərəqə almaqla komandasını azlıqda qoyub. "Frayburq"un U-19 komandasında çıxış edən Azərbaycanın U-19 millisinin üzvü Murad Mahmudov da bu görüşdə iştirak edib. O, 84-cü dəqiqədə meydana buraxılıb.
Ehtiyatda bir oyunu olan futbolçularımızın komandası hazırda 3 xalla 14 klub arasında 8-ci pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq