Müsahibə
Roman Qriqorçuk: "Bu problemi həll etmək çətindi"
Azərbaycan Premyer Liqasının 3-cü turunda səfərdə “Qa…
Azərbaycan Premyer Liqasının 3-cü turunda səfərdə “Qarabağ”a 1:2 hesabıyla məğlub olan “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun oyundan sonra mətbuat konfransı keçirilib.
Futbolinfo.az xəbər verir ki, ukraynalı mütəxəssis birbaşa sualları cavablandırıb:
– Artıq 3-cü turda əsas rəqibiniz “Qarabağ”a məğlubiyyət sizin motivasiyanıza necə təsir etdi?
– Bu, mənim motivasiyama heç cür təsir edə bilməz.
– Bu gün komandada nə çatışmadı?
– Komandada ustalıq çatışmırdı. Bir də, bəzi səhvlərə yol verdik. Ustalıq səviyyəsi elə şeydi ki, futbolçunun “qabında” olmalıdı. Əlbəttə, ustalıq səviyyəsi yaxşı olan futbolçularımız da var.
– Legioner limiti komandanın oyununa necə təsir edir? “Qarabağ”da Mahir Mədətov var, hansı ki, bu oyunda əsas simalardan idi. Ancaq “Qəbələ”də bu cür futbolçular yoxdu…
– Bu problemi həll etmək çətindi. Belə bir imkan görmürəm. Yeganə çarəmiz budu ki, əlimizdə olan gənc futbolçuları inkişaf etdirək.
– Bu gün matçın baş hakimi sərt oyuna şərait yaradırdı. Bu sizi narahat etmirdi ki?
– Bu gün hakimlik çox yüksək səviyyədə idi. Məncə, əla idi.
– Komandadan ayrılan Xavyer Ernandes açıqlama verib ki, bilmirəm məni niyə komandaya dəvət etmişdilər. Bu barədə nə deyə bilərsiz?
– Xavyer Ernandes yaxşı oyunçudu. O indi başqa komandanın futbolçusudu. Ona sadəcə, uğurlar arzulayıram.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-15 10:03
Musanın oynamamasının səbəbi – baş məşqçi açıqladı