Dünya futbolu
Bundesliqa klubunda fransız yarımmüdafiəçi
Almaniyanın "Frayburq" klubu heyətinə daha bir futbol&cce…
Almaniyanın "Frayburq" klubu heyətinə daha bir futbolçu cəlb edib.
Futbolinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisi İsveçrənin "Yanq Boyz" klubundan Yorik Raveni transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Lakin fransalı yarımmüdafiəçi ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Yerli mətbuatın iddiasına görə, transfer Bundesliqa təmsilçisinə 4 milyon avroya başa gəlib.
"Qrenobl"un yetirməsi olan Rave "Anje", "Lozanna-Sport", "Qrasshopper" klublarında da forma geyinib. O, "Yanq Boyz"da 2016-cı ildən çıxış edirdi. 28 yaşlı futbolçu Fransanın aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq