Dünya futbolu
“Qəbələ”nin sabiq forvardı 1-ci liqa klubunda
“Qəbələ”nin sabiq hücumçusu Ermin Zets &oum…
“Qəbələ”nin sabiq hücumçusu Ermin Zets özünə yeni klub tapıb.
Futbolinfo.az xəbər verir ki, bosniyalı futbolçu karyerasını yenə Türkiyədə davam etdirəcək. O, bu ölkənin birinci liqa təmsilçisi “Qazişəhər Qaziantep” klubuyla anlaşıb. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. 29 yaşlı hücumçu Qaziantep təmsilçisiylə 2 illik müqavilə bağlayıb.
Xatırladaq ki, Zets 2015/16 mövsümündə “Qəbələ”nin şərəfini qoruyub. O, “qırmızı-qaralar”ın heyətində şans qazandığı 36 oyunda 10 qola imza atıb.
Zetsin son klubu Türkiyə Super Liqa təmsilçisi “Karabükspor” olub. O, ötən mövsümdə bu klubun heyətində Super Liqada 20 oyun keçirib, 6 qol vurub.