Dünya futbolu
Nəsirovsuz "Sportinq" 1 xalla kifayətləndi
Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda liqa) 5-ci tu…
Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda liqa) 5-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun şərəfini qoruduğu "Sportinq B" də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə "Unian Madeyra" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.
Nəsirov bu matçın iştirakçısı olmayıb. O, qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
"Sportinq" hazırda 10 xalla 20 klub arasında 4-cü pillədə qərarlaşıb.