Dünya futbolu
Dadaşov üçün 69 dəqiqə və 3 xal
Futbol üzrə Almaniyanın Şimal-Şərq Regional Liqasında 5-ci …
Futbol üzrə Almaniyanın Şimal-Şərq Regional Liqasında 5-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu "Dinamo" (Berlin) də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə "Oberlausitz Noygersdorf" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1.
Rüfət də bu oyunun iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin sabiq üzvü 69-cu dəqiqədə əvəzlənib.
"Dinamo" hazırda 10 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.