Ölkə futbolu
“Qarabağ”ın rəqibi çex hücumçu ilə anlaşdı – FOTO
İtaliyanın “Roma” klubu heyətini yeni hücumç…
İtaliyanın “Roma” klubu heyətini yeni hücumçuyla gücləndirməyə yaxındı.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “canavarlar” “Sampdoriya”nın çexiyalı futbolçusu Patrik Şiklə anlaşıb. Çexiyanın U-21 millisinin üzvü dünən axşam saatlarında Romaya gəlib. Bu barədə məlumatı klubun rəsmi saytı yayıb. Paytaxt klubunun bu gün 21 yaşlı hücumçuyla rəsmi müqavilə bağlaması gözlənilir.
Xatırladaq ki, bir müddət öncə çexiyalı hücumçu “Yuventus”a transfer olunmağa yaxın olsa da, tibbi müayinədən keçə bilməməsi anlaşmaya mane olmuşdu.