Dünya futbolu
Premyer Liqa klubu daha bir transfer etdi
İngiltərənin "Stok Siti" klubu növbəti transferini …
İngiltərənin "Stok Siti" klubu növbəti transferini rəsmiləşdirib.
Futbolinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Tottenhem"in müdafiəçisi Kevin Vimmeri heyətinə cəlb edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı futbolçu yeni klubu ilə 5 illik müqaviləyə imza atıb.
"Stok Siti"nin bu transfer qarşılığında 18 milyon funt sterlinqindən keçdiyi bildirilir.
Vimmer "Tottenhem"də 2015-ci ildən çıxış edirdi. Avstriyanın LASK klubunun yetirməsi olan mərkəz müdafiəçisi 2012-2015-ci illər aralığında "Köln"də oynayıb. 2015-ci ildən isə o, "Tottenhem"in uğurları üçün çalışırdı.
Kevin Avstriya yığmasında cəmi 8 oyun keçirib.