Ölkə futbolu
Norveç – Azərbaycan: Açıq məşq və mətbuat konfransı
DÇ-2018-in seçmə mərhələsində sentyabrın 1-də, Os…
DÇ-2018-in seçmə mərhələsində sentyabrın 1-də, Oslo şəhərindəki Ullevaal stadionunda keçiriləcək Norveç – Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı açıqlanıb.
Futbolinfo.az sizi hər iki komandanın açıq məşq və mətbuat konfransının vaxtları ilə tanış edir:
31 avqust
Norveç milli komandası
11:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
12:15. Mətbuat konfransı
Azərbaycan milli komandası
20:15. Mətbuat konfransı
20:45. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Hər iki məşq və mətbuat konfransı "Ullevaal" stadionunda keçiriləcək. Tədbirlərin başlanma saatı yerli (Norveç) vaxtla göstərilib.