Dünya futbolu
UEFA-dan "Legiya"ya daha bir ağır cəza
UEFA Polşanın “Legiya” klubunu növbəti dəfə cəz…
UEFA Polşanın “Legiya” klubunu növbəti dəfə cəzalandırıb.
Futbolinfo.az xəbər verir ki, buna səbəb komandanın azarkeşlərinin Avropa Liqasının pley-off mərhələsinin “Şerif”lə ev oyununda UEFA-nı təhqir edən pankart açmaları səbəb olub. Pankartda UEFA donuza bənzədilib: "35 min avroluq cəza UEFA-ya gedir".
Bu səbəbdən UEFA Varşava klubuna bir ev oyununda həmin tribunanı bağlamaq cəzası verib. Bundan əlavə, klub 50 min avro cərimələnib.
Xatırladaq ki, UEFA bundan öncə “Legiya”nı Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Astana” ilə oyunda azarkeşlərinin açdığı pankarta görə 35 min avro dəyərində cəzalandırmışdı.