Milli komanda
Laqerbek Azərbaycan və Almaniya ilə oyunlarda 2 xalı pis nəticə hesab edir
Futbol üzrə Norveç yığmasının baş məşqçisi …
Futbol üzrə Norveç yığmasının baş məşqçisi Lars Laqerbek DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də Azərbaycana, ayın 4-də isə Almaniyaya qarşı keçirəcəkləri oyunlar öncəsi fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, Norveç mətbuatına açıqlama verən Skandinaviya təmsilçisinin 69 yaşlı çalışdırıcısı bunları söyləyib:
“Azərbaycan və Almaniya ilə oyunlar bizim üçün böyük önəm kəsb edir. “Ümidsiz deyiləm. Başa düşürəm ki, qələbə qazanmaq lazımdı. Qalib ruhunu formalaşdırmaq üçün bunu etməliyik. Futbolçular qələbə qazananda inkişaf edirlər. Arxı keçmədən “hop” demək olmaz. Amma iki oyunda 2 xal qazanmaq bizim üçün pis nəticə sayılar. Komandada ab-havanın yaxşıdı. Futbolçular həm Azərbaycan, həm də Almaniya ilə görüşlərə böyük önəm verirlər. Komanda üzvləri sakitdilər, üzərimizdə heç bir təzyiq yoxdu. Onlar hər iki matçın vacib olduğunu anlayırlar və işlərinə məsuliyyətli yanaşırlar”.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…