Dünya futbolu
“Barsa”nın futbolçusu Fransa klubunda – FOTO
Fransanın "Nitsa" klubu heyətini yeni futbolçu ilə…
Fransanın "Nitsa" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Liqa 1 təmsilçisi İspaniyanın “Barselona” klubunun müdafiəçisi Marlonu icarəyə götürüb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 2 illik icarə müqaviləsinə imza atıblar. Lakin razılığa görə, kataloniyalılar ehtiyac olacağı təqdirdə, “sambaçı”nı gələn yay da geri qaytara bilərlər.
Qeyd edək ki, 22 yaşlı mərkəz müdafiəçisi “Fluminense” klubunun yetirməsidi. Braziliyalı futbolçu "Barselona"ya 2016-cı ildə transfer edilib. O, vaxtilə ölkəsinin U-20 yığmasının da şərəfini qoruyub.