Ölkə futbolu
“Qarabağ”dan gözlənilən transfer
PAOK-un futbolçusu Pedro Enrikenin “Qarabağ”a gəl…
PAOK-un futbolçusu Pedro Enrikenin “Qarabağ”a gəlişi reallaşır. “Transfer pəncərəsi” bağlanana kimi ağdamlılar bu keçidi rəsmiləşdirəcək.
Futbolinfo.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ilə danışıqlar yekunlaşıb. Dünən Enrikenin meneceri ilə PAOK-un idman direktoru Lubos Miçel arasında görüş olub və futbolçunun “Qarabağ”a icarəyə verilməsi ilə bağlı razılıq əldə olunub. Transfer bu gün rəsmən açıqlanmalıdı.
Ağdam klubunun gün ərzində daha bir transferi yekunlaşdırıb, bəyan etməsi mümkündü.