Dünya futbolu
“Tottenhem”dən daha bir transfer
İngiltərənin “Tottenhem” klubu növbəti transferin…
İngiltərənin “Tottenhem” klubu növbəti transferini reallaşdırıb.
Futbolinfo.az xəbər verir ki, London klubu “Estudiantes”dən Xuan Foytu heyətinə cəlb edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 19 yaşlı argentinalı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Foyt üçün “Tottenhem” Argentina klubuna 10 milyon avro təzminat ödəyib.
Qeyd edək ki, 19 yaşlı futbolçu “Estudiantes”in heyətində cəmi 6 oyun keçirib.