Dünya futbolu
Nazarovun komandası darmadağın oldu
Almaniyanın "Ersgebirge" klubu milli komandaların oyunlar?…
Almaniyanın "Ersgebirge" klubu milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə ilə əlaqədar yoxlama matçında qüvvəsini sınayıb.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi 2-ci Bundesliqa təmsilçisi Almaniya yüksək liqasında mübarizə aparan "Volfsburq"la qarşılaşıb. Matç elita təmsilçisinin 3:0 hesablı qələbəsiylə başa çatıb.
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveçlə qarşılaşacaq yığmamızın düşərgəsində olan Nazarov bu görüşün iştirakçısı olmayıb.