Dünya futbolu
Yunanıstan millisinin forvardı Marsel "Olimpik"ində
Fransanın “Olimpik” (Marsel) klubu heyətini yeni futbol&…
Fransanın “Olimpik” (Marsel) klubu heyətini yeni futbolçuyla gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Liqa 1 təmsilçisi Yunanıstan millisinin və “Benfika”nın hücumçusu Konstantinos Mitroqlunu heyətinə cəlb edib. Bu barədə məlumatı klubun rəsmi saytı yayıb. 29 yaşlı hücumçu yeni klubu ilə 4 illik müqavilə bağlayıb.
2015-ci ildən “Benfika”nın şərəfini qoruyan Mitroqlu ötən mövsümdə şans qazandığı 42 oyunda 27 qol vurub. Yunanıstan millisində 50-dən çox oyun keçirmiş futbolçu karyerası ərzində Münhenqladbax "Borussiya"sı, "Olimpiakos", "Panionios", "Atromitos", "Fulhem" klublarında da çıxış edib.