Dünya futbolu
UEFA PSJ barədə araşdırmaya başladı
UEFA Fransanın klubunun bu yay həyata keçirdiyi səs-küy…
UEFA Fransanın klubunun bu yay həyata keçirdiyi səs-küylü transferlərlə əlaqədar araşdırmaya başlayıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun rəsmi saytında məlumat yayılıb. Qeyd olunur ki, Paris klubu maliyyə feyr-pley qaydalarını pozmaqda şübhəli bilinir. UEFA PSJ-nin bütün gəlir və xərcləri ilə bağlı sənədlərin yoxlanılacağını bəyan edib.
Qeyd edək ki, bu yay İspaniyanın "Barselona” klubundan rekord məbləğə – 222 milyon avroya braziliyalı Neymarı transfer edən PSJ daha sonra “Monako”dan Kilian Mbappeni icarə əsasında heyətinə qatdı. Bu isə dünya futbolunda birmənalı qarşılanmadı.
Bir neçə gün öncə UEFA prezidenti Aleksandr Çeferin maliyyə feyr-pleyinə əməl etməyən klubların sərt cəzalandırılacağını açıqlamışdı.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı