Bizi izləyin

Ölkə futbolu

Oslo mənzərəsi

Prezident İlham Əliyevin “Qarabağ”la görüş&u…

blank
Prezident İlham Əliyevin “Qarabağ”la görüşünü xatırlayırsızmı? Ağdam klubunun Çempionlar Liqasının qrupuna vəsiqə qazanması münasibəti ilə təşkil edilən qəbul ölkə başçısının futbol təsərrüfatının rəhbərlərinə mesajı idi.
 
Görüş boyu Əliyev AFFA-dan söz salmadı, “Qarabağ”ın uğurunu kiminləsə bölüşmədi. Əvvəlki analoji görüşlərlə müqayisədə idman naziri Azad Rəhimovun, AFFA-nın digər rəsmi şəxslərinin tədbirə qatılmaması da təsadüfi deyildi. Yalnız qurumun rəhbəri Rövnəq Abdullayev formal olaraq, tədbirdə oturdulmuşdu.
 
Prezident isə baş məşqçini, klub rəhbərini, futbolçuları dinlədi, üzünü yalnız onlara tutub danışdı, bəzi oyunçularla səmimi söhbətlər də etdi. AFFA prezidentinin üzünə də baxmadı. Bu o demək idi ki, “Qarabağ”ın uğuru assosiasiyanın yaxşı işinin nəticəsi deyil, klubun müvəffəqiyyətidi. AFFA-nın işinə milli komandaya görə qiymət vermək olar. O qiyməti isə Norveç “2” yazaraq verdi.
 
Ölkə futbolu idarəolunmaz vəziyyətdədi. Abdullayev bütün idarəçiliyi baş katib Elxan Məmmədova verib, o isə bazar açıb. Çünki futbol idarəçiliyini bilmir, hər şeyə marketoloq kimi yanaşır, hər imkanda qazanc haqda düşünür. Əksər klublar monopoliyadadı, qazon, forma biznesi, oyunçu transferləri, infrastruktur və s. – cib doldurmaq üçün bütün imkanlar baş katibin əlində cəmləşib və ona futbolun inkişafı, prezidentin fərəhi, xalqın sevinci, ölkənin imicinin yüksəlməsi yox, şəxsi maraqları önəmlidi.
 
Norveçlə dünənki oyun haqda nələrisə yazmağın mənası yoxdu. Çünki tsiklin əvvəlindəki qələbələr təsadüfi idi, real gücün yox, qısa sürən həvəsin, motivasiyanın, rəqiblərin bizimkiləri qeyri-ciddiyə almasının nəticəsiydi. Əsl marafon başlayan kimi təkərlər boşaldı, kəmərlər açıldı və… 5-ci pillədəyik. Əbədi yerimizdə, işə münasibətə görə layiq olduğumuz mövqedə…
 
Osloda canımızı 2 qolla qurtardıqsa, buna görə də “Qarabağ”ın yaratdığı oyun tərzinə borcluyuq. Ağdam klubunun oyunçuları topla davranışda qazandıqları təcrübəni sərgilədi, rəqibin hücumlarını ağıllı taktika ilə əngəllədi. İşin Robert Prosineçkiyə qalan qismi faciəvi idi. Yay boyu istirahət etmiş, futbolçuları qətiyyən izləməmiş bu adam laqeyd davranışı ilə də qıcıq doğururdu.
 
Namiq Ələsgərov “Neftçi”də aldığı psixoloji travmanın təsirindədi; Cavid Hüseynov zədə üzündən “Qəbələ”də ehtiyatda qalsa da, xorvat məşqçi onu 90 dəqiqə oynatdı; Dmitri Nazarov oyun boyu növbəti sarı vərəqəni alıb cəzalı duruma düşmək, tezliklə Almaniyaya qayıdıb klubuna xeyir vermək haqda düşündü. Bədavi Hüseynovun səhvləri də Prosineçkinin suçu idi. Bu müdafiəçi “Qarabağ”da daha ciddi sınaqlara çıxır. Xorvatsa oyunu o qədər biabırçı qurmuş, heyəti anormal seçmişdi ki, bütün yük Bədavinin üzərinə düşürdü – həm penatidə, həm də ikinci sarı vərəqəni aldığı epizodda yoldaşlarının səhvini sığortalayarkən bəlaya düşdü.
 
Alternativ varmı? Baş katibin “7 illik heyətimiz var” açıqlaması sərsəmləmədi, bizim heç San-Marino ilə növbəti oyuna çıxarmağa heyətimiz yoxdu. Heyət say düzəltməklə olmur. Millinin oyunu, inkişaf planı yoxdu. İndiki AFFA rəhbərliyinin vaxtında düz-əməlli futbolçu yetişməyib, heç buna cəhd də etməyiblər, başları cib doldurmağa qarışıb. İndi isə müxtəlif bəhanələr, yalançı vədlər…
 
Rəşad Sadıqov da bir qərar verməlidi. Ola bilsin ki, prezidentin xatırlatdığımız görüşdə ona oynamasının vacib olduğunu deməsi kapitanı vəcdə gətirib. Amma və lakin… Şərəflə getmək lazımdı. Ayaqlar sözə baxmırsa, dirəşməyin mənası yoxdu. Artıq Rəşadın avtoqol sayı qol sayına çatıb. İndi vidalaşmaq və Qurban Qurbanovdan öyrəndiklərini məşqçi kimi göstərmək zamanıdı. Parlaq futbolçu karyerasını biabırçı sonluqla bitirmək Sadıqova yaraşmaz. Prezidentin sözündən çıxa bilmirsənsə, mövsümü başa vur, forma geyməyə layiq olduğun ÇL-in qrupunda 1-2 oyun oyna və get, Rəşad!
blank
 
FƏRİD
Reklam

Reklam


blank
Milli komanda2024-04-16 13:52

Millimiz bu gün növbəti yoldaşlıq oyununu keçirəcək

blank
Ölkə futbolu2024-04-16 13:41

“Zirə”də oynamış futbolçu 35 yaşında vəfat etdi

blank
Dünya futbolu2024-04-16 13:30

Dadaşov üçün mövsüm erkən bitdi

blank
Ölkə futbolu2024-04-16 13:19

AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir

blank
Digər idman növləri2024-04-16 13:01

Makron Olimpiada üçün seçim edir

blank
Digər idman növləri2024-04-16 12:44

Sinner Madriddə oynayacağını təsdiq etdi

blank
Ölkə futbolu2024-04-16 12:27

Rəhbərsiz “Neftci”: qeyri-müəyyənlik davam edir

blank
Digər idman növləri2024-04-16 12:09

Nadal 680 gündən sonra yenidən kortda

blank
Digər idman növləri2024-04-16 11:55

Kanadalı hokkeyçi 21-ci əsrdə ilkə imza atdı

blank
Dünya futbolu2024-04-16 11:40

Zidan Riberi ilə birlikdə qayıdır

blank
Digər idman növləri2024-04-16 11:25

MBA-da rekord nəticə

blank
Digər idman növləri2024-04-16 11:10

ABŞ millisinin heyəti elan edildi

blank
Dünya futbolu2024-04-16 10:55

Ronaldo cəzalanacaq

blank
Digər idman növləri2024-04-16 10:38

İddiaçılar Turniri: Abasov yenə uduzdu

blank
Dünya futbolu2024-04-16 10:19

Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşir

blank
Digər2024-04-16 10:00

MİSLİ ilə qazan!

blank
I Liqa2024-04-16 09:45

“Mingəçevir” növbəti oyuna hazırlaşır – VİDEO

blank
Digər idman növləri2024-04-16 09:27

“Göyçay kuboku”nu sumqayıtlılar qazandı

blank
Ölkə futbolu2024-04-16 09:10

Lunyov “Qarabağ”dan ayrıla bilər

blank
Digər idman növləri2024-04-16 08:51

Atası Mariyanın yığmamızda çıxış etməsini istəyirmiş

blank
Ölkə futbolu2024-04-16 08:34

“Zirə” – Avropada 8-ci komanda

blank
Dünya futbolu2024-04-16 08:17

Hüseynovlu “Arda” “Ludoqorets”lə bacarmadı

blank
Müsahibə2024-04-16 08:00

Atanqana döyülməsini təkzib edir: “Komanda yoldaşlarımla aramızda heç bir problem yaşanmayıb”

blank
Dünya futbolu2024-04-16 01:35

“Valensiya”ya bir qol bəs etdi

blank
Dünya futbolu2024-04-16 01:16

“Çelsi”dən 6 cavabsız qol

blank
Dünya futbolu2024-04-16 00:51

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 23:44

“Qalatasaray”dan darmadağın

blank
Müsahibə2024-04-15 22:35

Tellur çempiona qol vurmaqdan məmnundur: “Amma əsas qələbədir”

blank
Dünya futbolu2024-04-15 22:20

Musiala üçün 140 milyon avro

blank
Digər idman növləri2024-04-15 21:37

“Azərreyl”dən birinci oyunda qələbə

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm