Ölkə futbolu
"Qarabağ"ın yeni transferləri seçimlərini etdilər
"Qarabağ"ın "transfer pəncərəsi"nin son g&uum…
"Qarabağ"ın "transfer pəncərəsi"nin son günündə icarəyə götürdüyü 3 futbolçunun yeni klubunda geyinəcəyi formalar bəlli olub.
Futbolinfo.az xəbər verir ki, "Trabzonspor"a məxsus olan millimizin hücumçusu Ramil Şeydayev Ağdam klubunda 90 nömrəli formanı geyinəcək. O, Slovakiyanın "Jilina" klubunda da bu nömrə ilə çıxış edirdi.
Yunanıstanın PAOK klubundan icarəyə götürülmüş braziliyalı Pedro Enrike "10"a sahib olub. "Qarabağ"ın dünən keçidini elan etdiyi Norveç millisinin mərakeş əsilli üzvü Tarik Elyunussi isə 18 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, "Qarabağ"ın bu mövsüm heyətinə qatdığı futbolçulardan Abbas Hüseynov "30", Anton Kanibolotski "1", Yakub Jezniçak "52" və Vild-Donald Qerye "77"ni geyinir. Prosport