Dünya futbolu
Bundesliqa klubunda biri gəldi, üçü getdi
Almaniyanın "Verder" klubu heyətini yeni futbolçu i…
Almaniyanın "Verder" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisi Belçika "Standard"ında çıxış edən İshak Belfodili heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı hücumçu bir illik icarəyə götürülüb.
Əlcəzairdə anadan olan, Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayan, sonda isə Əlcəzairin əsas millisində çıxış etməyə üstünlük verən Belfodil Lion "Olimpik"inin yetirməsidi. O, "Bolonya", "Parma", "İnter, "Livorno", "Parma", "Baniyas" klublarında da forma geyinib.
"Verder" Belfodili gətirməklə yanaşı, üç futbolçusu ilə də yollarını ayırıb. Belə ki, sözügedən klub fransalı yarımmüdafiəçi Sambu Yatabareni Belçikanın "Antverpen", türk əsilli almaniyalı yarımmüdafiəçi Levent Ayçiçəyi "Qroyter"ə, yunan əsilli almaniyalı dayaq yarımmüdafiəçisi Tanos Petsosu da Vyana "Rapid"inə icarəyə göndərib.